Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanılıb  
25.06.2025 12:50

Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatlarının icrasına başlanılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Aztibb.az-a bildirilib ki, tibb müəssisəsində eyni gündə iki vətəndaş – 1941-ci il və 1950-ci il təvəllüdlü pasiyentlər üzərində icra olunan TAVİ əməliyyatı uğurlu başa çatıb.

 

Dəyəri kifayət qədər yüksək olan TAVİ əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə icra edilib və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

 

Tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini, invaziv kardioloq Saleh Hüseynov və Kardiologiya şöbəsinin peşəkar tibbi komandası tərəfindən əməliyyat olan hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Məlumat üçün bildirilir ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir. Xəstə üçün üstünlüyü 24-48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra edilə bilər.

 

Qeyd edək ki, daha əvvəl TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada icra olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır