Naxçıvanda şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz müasir qlükoz sensor cihazları təqdim olunub
25.06.2025 10:35

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir.

 

Aztibb.az-a Nazirlikdən bildirilib ki, bu çərçivədə səhiyyə sahəsində xüsusi qayğıya ehtiyacı olan pasiyent qruplarına göstərilən diqqət və dəstək tədbirləri genişləndirilir.

 

Növbəti belə təşəbbüs çərçivəsində muxtar respublikada şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün qan qlükozasının fasiləsiz monitorinqini təmin edən müasir qlükoz sensor cihazları tamamilə ödənişsiz şəkildə təqdim olunub.

 

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov sensorlarla təmin olunan uşaqlar və onların valideynləri ilə görüşüb. Görüş zamanı nazir çıxış edərək bu tip müasir tibbi texnologiyaların istifadəsinin şəkərli diabetlə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Qeyd olunub ki, bu cihazlar qanda şəkər səviyyəsinin daim nəzarətdə saxlanmasına və insulin terapiyasının daha düzgün tənzimlənməsinə şərait yaradır.

 

S.Sadıxov çıxışında onu da bildirib ki, bu təşəbbüs ölkə rəhbərliyinin uşaqların sağlamlığının qorunması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir.

 

Görüşdə iştirak edən valideynlər göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, uşaqların gündəlik həyatında mühüm dəyişiklik yaradacaq bu tibbi dəstəyi yüksək qiymətləndiriblər.

 

Görüşdən sonra tibb işçilərinin iştirakı ilə uşaqlara sensorların quraşdırılması həyata keçirilib və cihazların istifadə qaydaları barədə valideynlərə ətraflı izahat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır