Əlavəsiz qəhvə ölüm riskini azaldır
25.06.2025 08:59

Tafts Universitetinin (ABŞ) alimləri yeni bir araşdırmada qəhvə istehlakı ilə ölüm riski arasındakı əlaqənin içkiyə əlavə edilən dadlandırıcıların və doymuş yağların miqdarından asılı olaraq dəyişdiyini aşkar ediblər.

 

Aztibb.az xarici mediaya istinadla xəbər verir ki, “The Journal of Nutrition” jurnalında dərc olunan araşdırma göstərib ki, gündə 1-2 stəkan kofeinli qəhvə içmək bütün səbəblərdən ölüm riskini aşağı salmaqla yanaşı, ürək-damar xəstəlikləri səbəbindən də həmin ehtimalı azaldır.

 

Bu içkidən imtina etməklə müqayisədə qara, eləcə də aşağı şəkər və doymuş yağ tərkibli qəhvə bütün səbəblərdən ölüm riskini 14 faiz azaldıb. Bununla belə, eyni əlaqə yüksək şəkərli və doymuş yağ tərkibli qəhvə üçün müşahidə edilməyib.

 

Tədqiqatın əsas müəllifi, professor Fan Çjan bildirib: “Amerikalı yetkinlərin demək olar ki, yarısının gündə ən azı bir fincan qəhvə içdiyini nəzərə alsaq, bunun sağlamlığa necə təsir edə biləcəyini bilmək bizim üçün vacibdir. Qəhvənin sağlamlıq faydaları tərkibindəki bioaktiv birləşmələrlə bağlı ola bilər, lakin bizim nəticələrimiz göstərir ki, şəkər və doymuş yağ əlavə etmək içkinin bu müsbət cəhətlərini azaldır”.

 

Tədqiqatın gedişində 1999-2018-ci illər arasında milli sağlamlıq və qidalanma müayinəsində iştirak edən 20 və daha yuxarı yaşda olan 46 min yetkindən ibarət böyük qrupun nümunələrindən alınan məlumatlar təhlil edilib. Qəhvə istehlakı növə (kofeinli və ya kofeinsiz), şəkərin tərkibinə və doymuş yağ tərkibinə görə təsnif edilib. Müəyyən olunub ki, içki çox şirin və ya yağlı olarsa, onun sağlamlıq faydaları itir. Gündəlik qəhvə fincanlarının sayının artırılması daha aydın təsirə səbəb olur, ancaq bu, üç stəkana qədər olan hallara aiddir. Bu həddən yuxarı içildikdə, qəhvənin heç bir faydası müşahidə edilmir. Bundan əlavə, tədqiqat qəhvə istehlakı ilə xərçəng ölümünün azalması arasında bir əlaqə tapmayıb, həmçinin kofeinsiz qəhvə içənlərdə də heç bir müsbət effekt qeydə alınmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır