Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
24.06.2025 12:02
Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun növbəti Elmi Şura iclası baş tutub.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, iclasa Elmi Şuranın sədri, institutun direktoru, professor Adil Allahverdiyev sədrlik edib. O, gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdıraraq, iclasın məqsəd və əhəmiyyətindən bəhs edib.
 
Daha sonra institutun Tibbi parazitologiya və tropik xəstəliklər, immunologiya, epidemiologiya və gigiyena üzrə elmi şöbələrinin, həmçinin onlara tabe olan bölmələrin 2025-ci ilin birinci yarımilliyi üzrə elmi-təcrübi fəaliyyətlərinə dair hesabatları təqdim edilib.
 
Hesabatlarda cari ilin elmi-tədqiqat planına uyğun olaraq aparılan işlər, əməkdaşların elmi konfrans və təlimlərdə iştirakı, elmi cəmiyyətlərdə və ixtisaslaşmış şuralarda üzvlüyü, eləcə də kadr hazırlığı sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
 
Elmi Şura üzvləri tərəfindən hesabatlar müsbət qiymətləndirilib, gələcək fəaliyyət üçün tövsiyələr səsləndirilib.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb