Yuxusuzluq tədricən beyni sıradan çıxarır  
29.06.2025 08:55

Alimlər yuxunun insan beyninə təsirinin tədqiqi ilə məşğul olublar. Məlum olub ki, insanların çoxunun əziyyət çəkdiyi yuxusuzluq baş beynin fəaliyyətində dəyişiklik yaradır.

 

Aztibb.az “oane.ws” saytına istinadla xəbər verir ki, Çin alimləri yuxusuzluğun insan beyninə mənfi təsir göstərdiyinə əmindirlər. Vaxtaşırı yuxusuzluqdan əziyyət çəkən adamların baş beynində pozuntular baş verir. Xroniki xarakter daşıyan yuxusuzluq nəticəsində insanda ağ maddənin strukturu dağıla bilər. Mütəxəssislər aydınlaşdırıblar ki, gün ərzində depressiya içində olan adamların yuxusu pozulur. Belə emosional vəziyyətdə beynin sağ yarımkürəsində yerləşən və yuxuya məsuliyyət daşıyan ağ maddənin bütövlüyü pozulur.

 

Beyin strukturunun pozulması myelin maddəsinin itməsinə gətirib çıxarır. Nəticədə yuxu da pozulur. Bu maddə beynin sinir liflərini bürüyür. Mütəxəssislər myelinin bərpası yolunu tapmağı planlaşdırırlar, çünki bu, yuxusuzluq problemini həmişəlik həll etməyə imkan verər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır