3D çap ilə insan üzü bərpa edilib
24.06.2025 11:33

Bristolda yerləşən 3D Tibbi  Texnologiyalar Mərkəzinin mütəxəssisləri ağır qəza keçirmiş  Dave Richards adlı velosipedçinin  üzünü bərpa ediblər. O, 3D çap texnologiyası ilə hazırlanmış fərdi üz protezləri qoyulan ilk Böyük Britaniya sakini olub.

 

Bu barədə Aztibb.az www.bbc.com-a istinadla məlumat verir.

 

Dave Richards  2021-ci ildə  avtomobilin altında qalaraq  bədəninin, o cümlədən üzünün sağ tərəfində ciddi yanıq və əzilmə xəsarətləri alıb. Ona fərdi üz örtüyü və çapıqlar üçün boyun qoruyucusu hazırlanıb. Proses velosipedçinin üzünün 3D skan olunması ilə başlayıb, daha sonra mərkəzin mütəxəssisləri rəqəmsal model yaradaraq protezi hazırlayıblar.

 

Velosipedçinin sözlərinə görə, protezlər onda özünəinam hissi yaradıb. Aprel ayında istifadəyə verilmiş Bristol 3D Tibbi Mərkəzi Böyük Britaniyada 3D skan və çap texnologiyalarını bir araya gətirən ilk qurum hesab olunur. Burada, eyni zamanda, mürəkkəb əməliyyatlara hazırlıq məqsədilə  damar və sinir detalları ilə zədələnmiş orqanların modelləri yaradılır. Mərkəzin əsas texnologiyalarından biri 200 dərəcə Selsiyə qədər temperaturda işləyən PEEK printerdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır