Kofein baş ağrılarına necə təsir edir?
24.06.2025 09:46
Bir çoxumuz gündəlik enerjimizi kofeindən alırıq - səhər bir-iki fincan qəhvə, günorta yeməyində qazlı içki və bəzən də enerji içkisi.
Aztibb.az xəbər verir ki, bəzi hallarda kofein müəyyən növ baş ağrılarının qarşısını almağa və ya onları azaltmağa kömək edə bilər.
Mütəxəssislərin fikrinə əsasən, 100-150 milliqram kofein (bu da kiçik bir fincan qəhvəyə bərabərdir) baş ağrılarının azalmasına və hətta qarşısının alınmasına kömək edə bilər. Bu da kofeinin beyindəki qan damarlarını daraltma xüsusiyyəti ilə bağlıdır. Məsələn, miqren zamanı beyindəki damarlar genişlənmiş olur. Kofein isə bu damarları daraldaraq (vazokonstriktor kimi fəaliyyət göstərərək) ağrını azalda bilər.
Kofein bütün növ baş ağrılarına kömək etmir. Klaster baş ağrılarına gəldikdə, kofein kömək etmir. Çünki bu tip baş ağrılarının yaranma mexanizmi tam fərqlidir və müəyyən kimyəvi maddələrin bədəndə sərbəst buraxılması ilə əlaqələndirilir.
Sinus mənşəli baş ağrılarında da kofein təsirli deyil.
Sinusla bağlı baş ağrılarında əsas problem burun boşluqlarında təzyiq balanssızlığıdır. Bu da alın nahiyəsindəki ağrılara və təzyiq hissinə səbəb olur.
Həddindən artıq kofein qəbul edildikdə baş ağrısı müşahidə oluna bilər. Bu yalnız qəhvəyə deyil, bütün kofeinli içkilərə, o cümlədən enerji içkilərinə də aiddir.
Həmçinin, əgər orqanizminiz gündəlik kofein qəbuluna alışıbsa və siz bunu birdən dayandırsanız, yüngül çəkilmə simptomları — əsəbilik, yuxu pozuntusu və baş ağrısı yaşaya bilərsiniz. Lakin bu simptomlar adətən bir neçə gündən artıq davam etmir.
Qeyd edək ki, doğru miqdarda kofein bəzi hallarda faydalı ola bilər. Lakin bu, baş ağrılarla mübarizədə yeganə yol olmamalıdır.
Əgər baş ağrılarınız ayda 15 gündən çox davam edirsə, bu artıq xroniki sayılır və mütləq həkimlə məsləhətləşmək vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

