Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
23.06.2025 17:13

Qızılca, əsasən uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin müxtəlif hissələrində qaşınma, öskürək və yüksək hərarət, burun axması, gözlərdə qızarıqlıq, yüksək temperaturun ardından üzdən başlayaraq bədənin qalan hissəsinə doğru yayılan səpkilərlə özünü büruzə verir.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qızılcanın diaqnostika və stasionar müalicəsi üçün geniş çeşiddə tibbi xidmətlər təminata alınıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a bildirilib ki, xəstəliyin diaqnozu əsasən klinik əlamətlər əsasında qoyulur, lakin dəqiq diaqnozun təsdiqi üçün bir neçə laborator analiz tətbiq oluna bilər. Bu analizlər arasında Anticisim Rubella seroloji testi, PCR (Polymerase Chain Reaction) testləri və qızılca virusunun antikorlarını yoxlamaq üçün  İgG  və İgM testləri icbari tibbi sığorta hesabına qarşılanır.

 

Əksər hallarda qızılca yüngül bir xəstəlik kimi keçsə də, bəzi hallarda ciddi ağırlaşmalara yol aça bilər. Qızılca, xüsusən immuniteti zəif olan, yaşlılar, uşaqlar və hamilələrdə daha ciddi fəsadlara səbəb ola bilər. Bu ağırlaşmalar arasında ağciyər iltihabı (pnevmoniya), beyin iltihabı (encefalit), baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı (encefalomielit), qulaq infeksiyası (orta otit), meningit, qusma, bağırsaq, ürək problemləri, göz iltihabı (keratit), konyuktivit və digər diaqnozlarla müşayiət olunan xəstəliklərə rast gəlinə bilər. Tibbi göstərişə əsasən qızılcanın ağırlaşması zamanı qeyd olunan xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator analizlər, instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

 

Məlumat üçün bildirək ki, qızılcanın daha çox ağırlaşmasına səbəb ola biləcək risk faktorları arasında vitamin A çatışmazlığı, immun sisteminin zəifliyi, digər xroniki xəstəliklər və yaş amili yer alır. Bu ağırlaşmaların qarşısını almaq üçün erkən müdaxilə vacibdir. Qızılcaya qarşı ən güclü müdafiə üsulu QPM peyvəndidir (qızılca, parotit, məxmərək peyvəndi). Bu peyvənd 1 və 6 yaşlarda iki doza şəklində icbari tibbi sığorta hesabına vurulur və yüksək effektivliyə malikdir.

 

Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərin izolyasiyası, şəxsi gigiyena qaydalarına ciddi riayət və erkən tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. Əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır