Təcili tibbi yardım briqadası tərəfindən 75 yaşlı xəstəyə elektroimpuls terapiya icra edilib
23.06.2025 16:46

16.06.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhərindən 75 yaşlı (qadın cinsli) şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib. Hadisə yerində xəstəyə ilkin tibbi yardım göstərilib. Elektrokardioqramma müayinəsinə (EKQ) əsasən pasiyentə ventrikulyar taxikardiya diaqnozu qoyulub.

 

Çağırış ünvanında xəstədə huşun tədricən itməsi və kritik vəziyyət müşahidə olunub.

 

Təxirəsalınmaz tədbir olaraq təcili tibbi yardım briqadası tərəfindən elektroimpuls terapiya (kardioversiya) icra edilib və bu prosesin ikinci dəfə tətbiqindən sonra pasiyentdə normal ritm bərpa olunub.

 

Pasiyent növbəti müayinə və müalicə məqsədilə müvafiq tibb müəssisəsinə təxliyə edilib.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub