Poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilməməsi məsələsinə aydınlıq gətirilib
23.06.2025 18:40

 

TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib.

 

Aztibb.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir.

 

"Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək",- məlumatda qeyd olunub.

 

Qeyd edək ki, sosial mediada yayılan iddialara əsasən, poliklinikadan bildirilib ki, artıq TƏBİB-in qərarına əsasən, iflic və epilepsiya ilə bağlı dərmanlar xəstələrə verilməyəcək. Uzun illərdir ki, bu dərmanlar xəstələrə dövlət tərəfindən, poliklinikaların verdiyi resept əsasında təmin edilirdi. Şəhər apteklərindən əldə edilən eyniadlı dərmanlar xəstəyə eyni təsiri göstərmir və ciddi fəsadlara səbəb olur. Buna görə, yalnız poliklinikanın yönləndirdiyi aptekdən verilən dərmanların istifadəsi xəstənin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır