TƏBİB-in dəstəyi ilə "Minimal İnvaziv Cərrahiyyə Bu Gün" adlı regional konfrans keçirilib
23.06.2025 16:36

Gəncə şəhərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və "ALMAZ Akademie" Tibbi Treyninq Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının dəstəyi ilə "Minimal İnvaziv Cərrahiyyə Bu Gün" adlı 7-ci regional konfransı baş tutub.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, ilk olaraq konfrans iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib. Daha sonra konfrans öz işinə başlayıb.

 

Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti və konfransın sədri professor Qurbanxan Müslümov, Gəncə Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov çıxış edərək regionda fəaliyyət göstərən tibb işçiləri üçün bu cür konfransların əhəmiyyətindən danışıblar.

 

Tədbirdə Azərbaycanın müxtəlif tibb müəssisələrində çalışan 40-a yaxın yüksək ixtisaslı mütəxəssis-ekspert, mentor və məruzəçi iştirak edib. Onlar tərəfindən 150-yə yaxın həkim və tibb bacıları üçün laporoskopik və endoskopik cərrahiyyə, ginekologiya, urologiya, diaqnostik və invaziv radiologiya, müalicəvi endoskopiya, qulaq-burun-boğaz cərrahiyyəsi və tibb bacılığı işi mövzularını əhatə edən məruzələr dinlənilib, 10-a yaxın ixtisas üzrə müxtəlif tibbi treyninq kursları və ustad dərsləri baş tutub, eyni zamanda canlı cərrahiyyə kursu təşkil edilib.

 

İlk əsas plenar iclasda professor Qurbanxan Müslümov, professor İlham Mahalov və baş mütəxəssis həkim İlham Kərimov tərəfindən cərrahi anatomiya, ginekologiya, radiologiya üzrə maraqlı məruzələr olub və iştirakçılarla bərabər interaktiv müzakirələr təşkil edilib.

 

Daha sonra ginekologiya, ümumi cərrahiyyə, proktologiya, endokrin cərrahiyyə, tiroid ablasiyası, invaziv radiologiya, urologiya və digər sahələrdə iştirakçılar üçün canlı cərrahiyyə kursu təşkil edilib, iştirakçıları maraqlandıran suallara, əməliyyatlarla bağlı məsələlərə aydınlıq gətirilib, maraqlı diskussiyalar təşkil edilib.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 15 DTT (davamlı tibbi təhsil) balı ilə qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır