Samux RMX-da müasir kompüter tomoqrafiyası fəaliyyətə başlayıb
23.06.2025 14:31

TƏBİB region xəstəxanalarında yararsız tibb avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi avadanlıqların quraşdırılması və beləliklə ölkəmizdə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində tədbirləri davam etdirir.

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, növbəti yeniliklərdən biri də Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində ilk dəfə olaraq kompüter tomoqrafiyası (KT) xidməti istifadəyə verilib.

 

Yeni quraşdırılan KT 64 kəsimlidir. Avadanlıq kontrastlı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.

 

Kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

 

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz, diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.

 

Xatırladaq ki, pasiyentlər tibb müəssisəsində əvvəl KT müayinələri üçün digər dövlət və özəl tibb müəssisələrinə yönləndirilirdi.

 

TƏBİB mərhələli şəkildə bu xidmətin mövcud olmadığı digər tibb müəssisələrində də kompüter tomoqrafiyasının təşkilini nəzərdə tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır