STM-in tibb müəssisələrində rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir
23.06.2025 13:42

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir.

 

STM-dən Aztibb.az-a bildirilib ki, növbəti belə məşq 1 nömrəli Şəhər Xəstəxanasında keçirilib.

 

Xəstəxananın baş həkimi Mətləb Musayevin və kollektivin iştirak etdiyi mülki müdafiə məşqində STM-nin Mülki müdafiə bölməsinin aparıcı mütəxəssisi Hicran Sərkərova çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır.

 

Baş həkim M. Musayev şərti siqnalı verərək, məşqin başlanmasını elan edib.

 

Mülki müdafiə məşqi 3 siqnal üzrə həyata keçirilib.

 

Çıxış edən Mülki müdafiə qərargahının üzvləri hər 3 halda təhlükələrin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs ediblər.

 

STM-nin direktor müavini, Fövqəladə hallar komissiyasının sədri İlkin Namazov çıxış edərək bu kimi məşqlərin tibb heyətinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının, eləcə də praktiki vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır