Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? – ARAŞDIRMA  
29.06.2025 11:22

“Science Advances” jurnalında dərc olunan yeni araşdırma kəskin və xroniki ağrıların neyron səviyyəsində necə fərqli idarə olunduğunu üzə çıxarır. İbrani Universiteti-Hadassah Tibb Məktəbi və İvrit Universitetinin Beyin Elmləri Mərkəzindən (ELSC) professor Aleksandr Binştokun rəhbərliyi ilə aparılan tədqiqat doktorant Ben Title-in rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.

 

Aztibb.az  “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar beynin medulyar dorsal buynuz adlı kiçik, lakin funksional baxımdan kritik bölgəsini araşdırıblar. Bu hissə ağrı siqnallarını bədəndən beyinə ötürən proyeksiya neyronlarını ehtiva edir və bir növ “rele stansiyası” kimi fəaliyyət göstərir. Araşdırma göstərib ki, kəskin iltihablı ağrı zamanı bu neyronlar öz fəaliyyətlərini azaltdıqları halda xroniki ağrı vəziyyətində əksinə daha yüksək həyəcan vəziyyətinə keçirlər. Bu mexanizmin əsas səbəblərindən biri kimi A tipli kalium cərəyanı (IA) identifikasiya olunub. IA cərəyanı normal şəraitdə neyronların həyəcanlılığını tənzimləyir və kəskin ağrılarda güclənərək ağrı siqnallarının beyinə çatmasını məhdudlaşdırır. Lakin xroniki ağrı şəraitində bu tənzimləmə pozulur və IA cərəyanı kifayət qədər aktivləşmir, nəticədə neyronlar hiperaktiv hala gəlir. Bu pozuntu ağrının uzunmüddətli və davamlı xarakter almasına səbəb ola bilər.

 

Professor Binştok qeyd edir: “Biz ilk dəfə eyni neyronların kəskin və xroniki ağrı zamanı necə fərqli davranış göstərdiyini müşahidə etdik. Xroniki ağrıda bu daxili əyləc mexanizminin yoxluğu, terapiya üçün yeni hədəf nöqtəsi təqdim edir. Əgər bu sistemi bərpa edə və ya onun fəaliyyətini təqlid edə bilsək ağrının xronik formaya keçməsinin qarşısını almaq mümkün ola bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır