Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib
28.06.2025 12:56

Avropa Nevrologiya Akademiyasının (EAN) konqresində təqdim edilən araşdırma diabet üçün istifadə edilən “liraglutide” adlı dərmanın miqren müalicəsində də təsirli ola biləcəyini ortaya qoyub.

 

Aztibb.az www.news-medical.net-ə istinadla xəbər verir ki, İtaliyanın Neapol Universitetindən doktor Simon Braka və komandası piylənməsi və xroniki miqreni (ayda 15 və ya daha çox baş ağrısı günü) olan 26 nəfərə bu dərmanı verib. Nəticədə iştirakçılar ayda orta hesabla 11 gün daha az baş ağrısı yaşayıb və gündəlik fəaliyyətlərində əhəmiyyətli yaxşılaşma müşahidə olunub.

 

“Liraglutide” reseptor aqonistidir və əsasən 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunur. Bu araşdırmada dərmanın təsirinin çəki azalması ilə deyil, beyin mayesinin təzyiqini aşağı salması ilə əlaqəli olduğu ortaya çıxıb. Məhz bu mexanizm miqrenin yaranmasına səbəb olan daxili təzyiqləri azaltmaqla ağrının qarşısını ala bilər. Əlavə olaraq xəstələrdə ciddi çəki itkisi müşahidə olunmayıb. Həmçinin mədə-bağırsaqla bağlı yüngül yan təsirlər (ürəkbulanma, qəbizlik) olub, amma müalicəni dayandırmaq lazım gəlməyib. Effektlər 3 ay ərzində davam edib və xəstələrin çoxu ilk iki həftədə müsbət dəyişiklik hiss etdiblər.

 

Araşdırma hələ pilot mərhələsindədir və növbəti mərhələdə daha geniş, təsadüfi seçilmiş sınaqlar planlaşdırılır. Nəticələr təsdiq olunarsa “liraglutide” və bənzər dərmanlar, xüsusilə digər müalicələrə cavab verməyən miqren xəstələri üçün yeni ümid ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır