Qocalmanı yavaşladan dərman tapılıb 
23.06.2025 11:49

Alimlər pəhrizi təqlid edən dərmanlardan “rapamisin”in laboratoriya heyvanlarında ömrü uzatdığını təsdiqləyib. Məşhur antidiabetik dərman olan “metformin” isə bu baxımdan eyni effekti göstərməyib.

 

Aztibb.az www.independent.co.uk-a istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan analiz, müxtəlif növ laboratoriya heyvanlarında pəhriz və dərmanların ömrə təsirini müqayisə edən elmi məqalələrin birgə təhlilinə əsaslanır.

 

Nəticələrə əsasən, pəhriz məhdudiyyəti (az yemək) - ən ardıcıl şəkildə ömrü uzadan strategiya olaraq qalır. “Rapamisin” pəhrizin təsirinə yaxın dərəcədə ömür uzadan ikinci vasitə kimi önə çıxır. “Metformin” heyvanlarda ömür uzatma baxımından aydın və əhəmiyyətli nəticə göstərməyib.

 

Araşdırma çərçivəsində balıqlardan tutmuş meymunlara qədər səkkiz onurğalı növü əhatə edən 167 elmi tədqiqatın nəticələri təhlil olunub. Bu, pəhriz, “rapamisin” və “metformin”in ömür uzunluğuna təsirini birbaşa müqayisə etmək üçün geniş əsas yaradıb.

 

“Rapamisin” - 1970-ci illərdə Pasxa adasında aşkar edilən və hazırda əsasən orqan transplantasiyası sonrası istifadə edilən bu dərman hüceyrə səviyyəsində qida bolluğunu bildirən siqnalları bloklayır. Beləcə, orqanizm “az yeyirmiş” kimi davranaraq hüceyrə fəaliyyətini uyğunlaşdırır.

 

Tədqiqatın əksər hissəsi siçan və siçovullar üzərində aparılıb. Bu heyvanlar insanlara genetik oxşar olsa da, bəşəri nəticələrin tam əks olunması hələlik mümkün deyil. “Rapamisin”in immun sistemini zəiflətməsi və reproduktiv funksiyaları təsirləndirməsi də risklər arasındadır.

 

Hazırda “rapamisin”in insanlarda aşağı və aralıq dozaları ilə sınaqları davam edir və ilkin nəticələr ümidvericidir. “Metformin”lə bağlı insan sınaqlarının nəticələri yaxın illərdə ictimailəşdiriləcək. Həkimin təyinatı olmadan bu dərmanlardan istifadə tövsiyə edilmir. Bununla belə, əldə edilmiş nəticələr molekulyar səviyyədə qocalmanın idarə oluna biləcəyi ehtimalını gücləndirir. Gələcəkdə daha az yan təsirli, lakin effektiv qocalmaya qarşı müalicələrinin inkişafı mümkündür.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir