Kritik vəziyyətdə doğulan yenidoğulmuş 31 günlük müalicədən sonra sağaldı
23.06.2025 12:55

Yeni Klinikanın Neonatologiya şöbəsində rezus izoimmunizasiyasına bağlı fetal hidrops diaqnozu ilə dünyaya gələn yenidoğulmuş xilas edilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, 32 yaşlı ananın altıncı hamiləliyindən olan dördüncü doğuşunda, körpədə prenatal dövrdə fetal hidrops aşkarlanıb. Hamiləliyin erkən dövrlərində aparılan müayinələr zamanı dölün vəziyyətinin ağır olduğu aşkarlanaraq ana bətnində üç dəfə mübadilə qanköçürməsi həyata keçirilib. Qeyd edək ki, ana əvvəlki iki övladını yenidoğan dövründə məhz rezus izoimmunizasiyası nəticəsində itirib.

 

Körpə hamiləliyin 33-cü həftəsində, təcili qeysəriyyə əməliyyatı ilə 3 kq 200 qr çəkidə dünyaya gəlib. Doğulduğu andan etibarən vəziyyəti kritik ağır olaraq qiymətləndirilib - bədənin bütün nahiyələrində geniş ödem (anasarka), qarın boşluğunda (assit), plevral və perikardial sahələrdə massiv maye toplanması müşahidə olunub.

 

Körpə dərhal Yeni Klinikanın Neonatal intensiv terapiya şöbəsinə yerləşdirilib və süni ventilyasiya dəstəyi ilə tənəffüsü təmin edilib, ağciyərlərin maturasiyası üçün surfaktant tətbiq olunub. Eyni zamanda, hemodinamik stabilliyin bərpası məqsədilə reanimasion tədbirlər görülüb, mübadilə qanköçürməsi və intensiv fototerapiya həyata keçirilib.

 

Müalicə prosesi Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyevin rəhbərliyi ilə, həkim-neonatoloqlar Cəmilə Əhmədova, Könül Əliyeva, Hilal Budaqova, Güləndam Abdullayeva və İlahə Cəfərova tərəfindən həyata keçirilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 31 gün davam edən müalicədən sonra körpə 2 kq 700 qr çəki ilə sağlam şəkildə ailəsinə təhvil verilib.

 

Bu uğurlu nəticə, rezus izoimmunizasiyasına bağlı ağır hallarda vaxtında prenatal müdaxilə, yüksək səviyyəli neonatal reanimasiya xidmətlərinin birgə effektivliyinin canlı sübutudur.

 

Məlumat üçün bildirək ki, fetal hidrops - dölün (fetusun) orqan və toxumalarında, bədənin müxtəlif boşluqlarında (plevra, perikard, qarın boşluğu) patoloji maye toplanması ilə xarakterizə olunan ağır klinik haldır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır