Mərkəzi Gömrük Hospitalında təlim: "Etik davranış mədəniyyəti və stress idarəetməsi”  
23.06.2025 09:17

Mərkəzi Gömrük Hospitalında “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” çərçivəsində etik dəyərlərin təşviqi və psixoloji dayanıqlığın artırılması məqsədilə “Etik davranış mədəniyyəti və stressin idarə olunması” mövzusunda maarifləndirici təlim təşkil olunub.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim, t.e.d. Bəxtiyar Musayev, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” nəzəri biliklərin və gündəlik praktik fəaliyyətin ayrılmaz hissəsi olaraq hər bir əməkdaş üçün davranış standartlarını müəyyən edən və daim rəhbər tutulmalı olan əsas sənəddir. Rəis müavini Şahlar Mirqasım qeyd edib ki, Etik Davranış Kodeksinin müddəalarına əməl olunması kollektivdə sağlam iş mühitinin formalaşmasına, qarşılıqlı hörmətin və yüksək peşəkarlığın təşviqinə xidmət edir. O, tədbirin əməkdaşların peşəkar etik prinsiplər barədə biliklərinin artırılması və bu dəyərlərin iş həyatında uğurla tətbiqinə şərait yaratması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim, t.e.d. Bəxtiyar Musayev çıxış edərək etik davranış qaydalarına əməl olunmasının səhiyyə sektorunda çalışan hər bir əməkdaş üçün vacib olduğunu, pasiyentlərlə ünsiyyətdə şəffaflıq, hörmət, peşəkar yanaşma və etibarlılıq prinsipləri tibb müəssisələrinin nüfuzunu formalaşdıran əsas amillərdən olduğunu qeyd edib. Baş həkim Bəxtiyar Musayev belə tədbirlərin davamlı keçirilməsinin əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində vacib addım olduğunu xüsusi vurğulayıb.

 

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin izahı” mövzusunda və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, t.ü.f.d., dosent Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: streslə mübarizə üçün nələr edə bilərik?” mövzularında təqdimatla çıxış ediblər.

 

Tədbirin sonunda iştirakçılar etik davranış qaydaları və stressin effektiv idarə olunması ilə bağlı fikir mübadiləsi aparıb, mövzu ətrafında verilən suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır