ÜST-nin ölkə ofisinin nümayəndələri Şuşa şəhərinə səfər ediblər
23.06.2025 08:05

ÜST-nin ölkə ofisinin nümayəndələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun tərkib hissəsi kimi Şərqi Zəngəzur və Qarabağa səfəri davam edir. Səfərin ikinci günü nümayəndələr Şuşa şəhərinə baş çəkib.

 

Bu barədə Aztibb.az-a ÜST-nin ölkə ofisindən xəbər verilib.

 

Səfər zamanı nümayəndə heyəti şəhərdə həyata keçirilən bərpa və inkişaf layihələri, tarixi və mədəniyyət abidələri ilə tanış olub, həmçinin xalq artisti və Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə görüşüb.

 

Nümayəndələri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev müşayiət edib.

 

ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib: “Burada hazırda həyat var. İnsanlar artıq yerləşib və həyat canlanır. Görünən odur ki, burada olduqca ciddi və məqsədyönlü investisiyalar yatırılır.”

 

ÜST Azərbaycanda sağlamlıq və rifahın artırılmasına yönəlmiş səyləri dəstəkləməyə davam edir və bu istiqamətdə Qarabağ regionunda həyata keçirilən işlərə öz töhfəsini verməyə hazırdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır