ABŞ-da çalışan azərbaycanlı alim ATU-nun “Qonaq professor”u oldu  
22.06.2025 16:27

Azərbaycan Tibb Universitetində (ATU) ABŞ-də fəaliyyət göstərən tanınmış azərbaycanlı alim, tibb elmləri doktoru, professor Rauf Şahbazova “Qonaq professor” sertifikatı təqdim olunub.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, sertifikatı ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib. Qeyd edib ki, doktor Rauf Şahbazov tibbi təhsil, tədqiqat və akademik əməkdaşlıq sahələrində olan töhfələrinə görə universitetin "Qonaq professor"u adına layiq görülüb.  

 

Görüş zamanı universitetlə birgə əməkdaşlıq imkanları, gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər və tibb təhsilinin inkişafı istiqamətində perspektivlər müzakirə olunub.


Professor Rauf Şahbazov ATU ilə bağlı səmimi təəssüratlarını bölüşərək məzunu olduğu doğma universitetinə faydalı olmaq, öz bilik və təcrübəsini bölüşməsinin onun üçün böyük fəxr olduğunu bildirib. 

 

Qeyd edək ki, professor Rauf Şahbazov hazırda ABŞ-ın Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantalogiya Cərrahiyyəsi Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. Onun ATU ilə əməkdaşlığı beynəlxalq təcrübənin Azərbaycana transferi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev,  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak edirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır