Naxçıvanda tibb işçilərinin sertifikasiya prosesinə start verilir  
21.06.2025 16:51
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın daha bir bəndi uğurla icra edilib. Proqrama uyğun olaraq tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eyni zamanda yerli təlimçi heyətinin formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Seminar, Treninqlər və Simulyasiya Mərkəzi yaradılıb.
 
Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.
 
Bildirilib ki, u istiqamətdə işlərin davamı olaraq, Mərkəzin fəaliyyətinin təşkili və regionda sertifikasiya prosesinə hazırlığın təmin edilməsi məqsədilə ilkin mərhələdə 11 nəfər həkim-təlimçi Bakı şəhərinə ezam ediləcəkdir. Ezamiyyətdən əvvəl Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov həkimlərlə görüş keçirərək onlara müvafiq tapşırıqlarını və tövsiyələrini verib, təlim və simulyasiya imkanlarının bölgə səhiyyəsinin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır