ATU əməkdaşı Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən konqresdə iştirak edib
22.06.2025 13:28

Birləşmiş Krallığın (Şotlandiya) Qlazqo şəhərində  Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının İllik (EAACİ2025) konqresi keçirilib.

Tibbin çox mühüm bir sahəsi olan allerqologiya və immunologiyanın  aktual problemlərinə  həsr edilən mötəbər konqresə dünyanın müxtəlif qitələrindən  5 minə yaxın mütəxəssis və alim qatılıb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, övrə, həşərat allergiyası, anafilaksiya, hava kirliliyinin allergik  xəstəliklərə təsiri, qida və dərman allergiyası kimi allergik xəstəliklərin, eləcə də mastositoz, allerqoimmunologiya, autoimmun xəstəliklərin  gedişi, patogenezi, diaqnostikası və müalicəsində son yeniliklər, allerqologiyada nanotexnolgiya, mikrobiotanın əhəmiyyəti və onun immunrequlyasiyada rolu, immun çatışmazlıqlar və onlara müasir yanaşma  və s. aktual mövzularda bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb.

 

Konqres çərçivəsində müxtəlif ölkələrin Allerqologiya və Klinik İmmunologiya Cəmiyyətlərinin nailiyyətlərini əks etdirən stendlər nümayiş etdirilib, həmçinin il ərzində nüfuzlu jurnallarda dərc olunan allerqologiya və immunologiyaya dair ən uğurlu məqalələr konqres iştirakçılarının nəzərinə çatdırılıb.

 

Ölkəmizi bu konqresdə universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova da təmsil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır