Ölümcül halda KTM-ə müraciət edən şəxs sağaldı
20.06.2025 09:50

02.06.2025-ci il tarixində 30 yaşlı vətəndaş ağır vəziyyətdə Cəlilabad rayonundan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunub. Vətəndaşın səhhətində yaranmış kəskin ağırlaşmalara görə daha əvvəl bir neçə tibb müəssisəsinə müraciət etsə də, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmayıb.

 

KTM-dən Aztibb.az-a verilən xəbərə görə, Toksikologiya şöbəsinə qəbul edilən xəstəyə toksiki epidermal nekroliz, çox ağır dərəcədə layella sindromu diaqnozları qoyulub.

 

Toksikologiya şöbəsinin həkim-toksikoloqu Savad Quliyevanın apardığı intensiv və uzunmüddətli müalicələr nəticəsində xəstənin vəziyyəti stabilləşib, dərisi təmizlənib, udması sərbəstləşib.

 

Stasionar müalicələrdən sonra xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır