Azərbaycan Tibb Universiteti “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib  
19.06.2025 17:38

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq nüfuzlu “Times Higher Education” (THE) “Impact Rankings 2025” reytinq cədvəlində 200 pillə irəliləyib. ATU Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri üzrə həyata keçirdiyi fəaliyyətlərini beynəlxalq səviyyədə təsdiqləyərək iki istiqamət üzrə dünyanıın ən reytinqli universitetləri arasında yer alıb.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədi (DİM) olan “Yaxşı səhiyyə və rifah” üzrə dünyanın 1788 universiteti arasında 301–400-cü qrupda yer tutub. Universitetimiz 4-cü DİM olan “Keyfiyyətli təhsil” üzrə isə dünyanın 1975 universiteti arasında 401–600-cü qrupda yerləşib. Qeyd edək ki, ötən ilin nəticələri ilə müqayisədə ATU reytinq cədvəlində hər iki istiqamət üzrə 200 pillə irəliləyib. 

 

Azərbaycan Tibb Universiteti 3-cü DİM üzrə ölkəmizdə ider mövqeyini qoruyub saxlayır. “Yaxşı səhiyyə və rifah” isiqaməti üzrə ATU-nun yüksək nəticə əldə etməsi tibb və səhiyyə sahəsində elmi nailiyyətlərini, klinik təcrübədə tətbiq olunan yenilikləri və ictimai səhiyyə verdiyi töhfəni əks etdirir. Müasir tibb kadrlarının hazırlanması, səhiyyə layihələrində aktiv iştirak bu uğurun əsasını təşkil edir.

 

4-cü DİM - “Keyfiyyətli təhsil” istiqamətində əldə edilən uğur ATU-da tədrisin müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllim heyətinin inkişafına yönəlmiş fəaliyyətini əks etdirir. Bu addımlar tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır və reytinqdə yüksəlişi təmin edir.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu uğuru universitetin dayanıqlı inkişafa, təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatların inkişafına və beynəlxalq akademik inteqrasiyaya verdiyi strateji önəmin göstəricisi kimi qiymətləndirir: “Times Higher Education Impact Rankings reytinqində qazandığımız bu uğur komandamızın birgə səylərinin və qlobal məqsədlərə uyğun strategiyamızın bariz göstəricisidir. Bu nəticə bizi daha da böyük nailiyyətlərə ruhlandırır”. 

 

Times Higher Education Impact Rankings reytinqi dünyanın ali təhsil müəssisələrini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdikləri töhfəyə əsasən qiymətləndirir və sosial məsuliyyət, elmi töhfə, təhsil təşəbbüslərinin və tərəfdaşlıq aspektlərini əhatə edir. Bu reytinq yalnız akademik göstəriciləri deyil, həm də universitetlərin cəmiyyətə göstərdiyi real təsiri nəzərə alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub