AQTİ-də ASAN könüllüləri üçün info-tur keçirilib
19.06.2025 13:20

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ASAN könüllüləri üçün maarifləndirici görüş təşkil olunub.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, tədbir ASAN könüllüləri tərəfindən reallaşdırılan “Genetik mühəndislik” layihəsi əsasında baş tutub. Layihənin əsas məqsədi gənclərin biologiya, genetika və müasir elmi texnologiyalar sahəsində biliklərini artırmaq, onların bu sahədəki elmi fəaliyyətlərlə yaxından tanış olmalarına şərait yaratmaq olub.

 

İnfo-tur çərçivəsində iştirakçılar AQTİ-nin Milli Referens, Kompleks Tədqiqatlar, Mərkəzi Baytarlıq və Fitosanitar Laboratoriyalarında aparılan elmi-tədqiqat prosesi, genetik analizlər və biotexnoloji yanaşmalarla tanış olublar. Ekskursiya zamanı İnstitutun mütəxəssisləri gənclərə innovativ texnologiyaların tətbiqi və gələcək perspektivlər barədə ətraflı məlumat veriblər. Könüllülər laborator mühitdə aparılan real prosesləri yerində izləyib, mütəxəssislərlə interaktiv müzakirələrdə iştirak ediblər.

 

AQTİ nümayəndələri qeyd ediblər ki, bu cür təşəbbüslər gənclər arasında elmi biliklərin təbliği və kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır