TƏBİB-in tabeliyində ilk bilateral bud-çanaq protezi əməliyyatı Yeni Klinikada baş tutub  
19.06.2025 10:30
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri arasında ilk dəfə olaraq Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində bilateral (ikitərəfli) bud-çanaq protezi əməliyyatı uğurla həyata keçirilib.
 
Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, uzun illər ağır dərəcəli displastik koksartrozdan əziyyət çəkən və yanaşı olaraq revmatoid artrit, psoriaz kimi autoimmun xəstəlikləri olan pasiyent eyni cərrahi müdaxilə ilə hər iki bud-çanaq oynağında süni implantlarla təmin olunub. Müxtəlif oynaqlarda deformasiya ilə müşayiət olunan bu mürəkkəb klinik hal – sağ bud-çanaq oynağında tam, sol oynaqda isə yarımçıq çıxıq şəklində özünü göstərib.
 
Əməliyyat texniki baxımdan yüksək çətinlik daşımasına baxmayaraq, uğurla başa çatdırılıb. Cərrahi müdaxilədən sonra pasiyent üç ildən sonra ilk dəfə olaraq sərbəst şəkildə yeriməyə başlayıb.
 
Əməliyyat travmatoloq-ortoped Tural Behbudsoyun rəhbərliyi və anestezioloq-reanimatoloq Lalə Əliyevanın iştirakı ilə həyata keçirilib.
 
İcra olunan əməliyyat həm ortopedik cərrahiyyənin inkişaf dinamikasını, həm də icbari tibbi sığortanın pasiyentlər üçün əlçatan və keyfiyyətli tibbi xidmət təmin etmək potensialını bir daha təsdiqlədi.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır