Respublika Klinik Xəstəxanasında yenidən radikal mastoidektomiya əməliyyatının icrasına başlanılıb  
19.06.2025 14:40
Respublika Klinik Xəstəxanasının Otorinolarinqologiya şöbəsində uzun müddətdir qulaq problemlərindən əziyyət çəkən Qarabağ qazisi, 1996-cı il təvəllüdlü Pərvin Umarov üzərində uğurlu cərrahi müdaxilə həyata keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bu, uzun müddətdən sonra şöbədə icra olunan ilk radikal mastoidektomiya əməliyyatıdır.
 
Pərvin Umarov illərdir sağ qulaqdan irin axması, eşitmə zəifliyi və baş ağrılarından əziyyət çəkirdi. Müxtəlif dövrlərdə dəfələrlə konservativ müalicələr alsa da, şikayətləri daha da kəskinləşib və vəziyyəti pisləşib.
 
Pasiyent Respublika Klinik Xəstəxanasına müraciət etdikdən sonra ona qulaq endoskopiyası, audiometriya və temporal sümük KT müayinələri aparılıb və nəticədə xroniki epitimezotimpanit, orta qulaqda polip diaqnozu təyin edilib.
 
Pasiyentə professor Nazim Hüseynov və şöbə müdiri Leyla Poladovanın iştirakı ilə radikal mastoidektomiya əməliyyatı həyata keçirilib.
 
Hazırda Pərvin Umarov stasionar müalicə və həkim nəzarəti altındadır, vəziyyəti stabildir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır