Qazaxıstanlı alimlər ATU-da elmi fəaliyyətlə məşğul olublar  
19.06.2025 11:22

 

Məlum olduğu kimi, ATU ilə Qazaxıstan Respublikasının bir sıra universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu çərçivədə Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin əməkdaşları - Histologiya kafedrasının müdiri, t.ü.f.d. Janat Komekbay akademik mobillik proqramı üzrə, kafedranın doktorantları Kuanış Baytenov və Altınay Jurqenova isə elmi işlərinin bir hissəsinin yerinə yetirilməsi və elmi məsləhətlərin alınması məqsədilə ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasında və Elmi Araşdırmalar Mərkəzinin Elektron mikroskopiya şöbəsində fəaliyyət göstəriblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Qeyd olunub ki, səfər müddətində J.Komekbay kafedrada mühazirə oxuyub, tədris proqramları ətrafında geniş müzakirələr aparıb və elmi təcrübələrini bölüşüb.

 

Doktorantlar Elektron mikroskopiya şöbəsində öz doktorluq proqramı üzrə yerinə yetirdikləri elmi tədqiqatlarına aid olan materiallar əsasında nümunələrdən araldit-epon bloklarının hazırlanması, yarım (1 mkm) və ultranazik (50-70 nm) kəsiklərin alınması, boyanması və TEM vasitəsilə çəkilməsi prosesini tam şəkildə mənimsəyiblər. Sonda hər üç qonağa sertifikatlar verilib.

 

Qeyd edək ki, adıçəkilən tədqiqatçıların rəsmi xarici elmi məsləhətçiləri ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və EAM-ın Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevdir. Qazaxıstanlı və ATU-nun alimlərinin daxil olduğu beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilmiş nəticələrin Web of Science və Scopus bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda dərci nəzərdə tutulur.     

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır