Rektor “ATUREK 13” konfransinda fərqlənən rezident və magistrləri təltif edib  
18.06.2025 18:09

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalı çərçivəsində “ATUREK 13” elmi-təcrübi konfransı keçirilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli konfransda uğurlu çıxışları ilə fərqlənən rezident və magistrlərlə görüşüb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, ATU-nun Rezidentura və magistratura şöbəsini müdiri, dosent İlhamə Mustafayeva konfransın təşkilində, məruzələrin hazırlanmasında və digər məsələlərin uğurla reallaşmasında həm universitet rəhbərliyi, həm də rezidentlərin böyük zəhməti olduğunu diqqətə çatdırıb, yeniliklər barədə məlumat verib.

 

“ATUREK 13” konfransında 20 magistr və 122 rezidentin məruzələrlə çıxış etdiyi, 240 tezisin çap olunduğu bildirilib.

 

Təltifolunma mərasiminin Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf etdiyini vurğulayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli qalibləri həm də peşə bayramları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Konfransda fərqlənən rezidentlərlə görüş zamanı ölkəmizdə rezidentura təhsil pilləsinin yaradılmasının tibb təhsilinə verdiyi töhfələrdən danışan rektor, rezidenturanın sonuncu təhsil pilləsi olaraq ölkəmizdə yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığında xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bu sistemə keçidin vaxtilə ciddi müqavimətə rast gəldiyini də xatırladaraq, son illərdə rezidentura sahəsində çox böyük işlər görüldüyünü, yuxarı kurs rezidentlərinin artıq həkim kimi formalaşdığını deyib. Bununla belə, rezidentura pilləsinin yenidən təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, 7-8 il əvvəllə müqayisədə rezidentlərin elmi tədqiqat işlərinə daha çox maraq göstərdiyini müsbət hal kimi dəyərləndirib. Nüfuzlu jurnallarda elmi məqalələri dərc olunan magistr və rezidentlər üçün qonarar veriləcəyini də diqqətə çatdıran rektor, professor Gəray Gəraybəyli görüşün sonunda “ATUREK 13” elmi-təcrübi konfransında fərqlənən qaliblərə xüsusi diplom və hədiyyələr təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır