ATU “QS Higher Ed Summit: Europe 2025” tədbirində təmsil olunub  
18.06.2025 15:05

Portuqaliyanın Porto şəhərində keçirilmiş “QS Higher Ed Summit: Europe 2025” konfransında Azərbaycan Tibb Universiteti (ATU) uğurla təmsil olunub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, əsas məqsədi Avropada ali təhsilin qlobal cazibəsini gücləndirmək, yeni strategiyalar formalaşdırmaq və universitetlər arasında əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olan bu nüfuzlu beynəlxalq tədbirdə ATU-nu təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov təmsil edib.


QS (Quacquarelli Symonds) reytinq agentliyi tərəfindən təşkil edilmiş sammit “Üfiqləri genişləndirmək: Təhsil mükəmməlliyi ilə qlobal cəlbediciliyin artırılması” mövzusuna həsr olunub. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən 300-dən artıq ali təhsil müəssisələrinin rəhbər şəxsləri, akademik mütəxəssislər, tədqiqatçılar və siyasətçilər iştirak edib.


ATU-nun prorektoru İlqar Mehrabov tədbir çərçivəsində keçirilən plenar sessiyalarda, tematik panel müzakirələrdə və şəbəkələşmə görüşlərində, sərgidə fəal iştirak edib. O, universitetin infrastruktur inkişafı, dayanıqlı kampus strategiyası və yaşıl transformasiya sahəsindəki təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Konfransın sərgi hissəsində ATU nümayəndəsi İ.Mehrabov universitetə dair məlumatları təqdim edib, həmçinin beynəlxalq universitetlər və təşkilatlarla faydalı görüşlər keçirib, potensial əməkdaşlıqlar, birgə tədqiqat və mübadilə proqramları ilə bağlı ilkin razılaşmalar əldə olunub. 


Qeyd edək ki, Quacquarelli Symonds  (QS) reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim - tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. 
Universitetin beynəlxalq strategiyasına uyğun olaraq, bu cür tədbirlər ATU-nun qlobal elm və təhsil məkanında nüfuzunun möhkəmlənməsinə, eləcə də Azərbaycanın ali təhsil sisteminin beynəlxalq platformalarda tanıdılmasına xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır