“Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” təsdiq edilib  
18.06.2025 13:58

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, təsdiq edilən texniki normativ-hüquqi akt bioloji aktiv qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyən edir. Qaydalarda yer alan tələblər həm ölkə ərazisində emal olunan, həm də dövriyyədə olan bioloji aktiv qida məhsullarına tətbiq edilir.

 

Sənəddə bioloji aktiv qida məhsullarının emalında tətbiqinə yol verilən vitamin və minerallar, eləcə də onların formalarının siyahısı və minimum normaları, habelə bioloji aktiv qida məhsullarının təhlükəsizliyi və etiketlənməsinə dair tələblər öz əksini tapıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində emal olunan və ölkə ərazisinə idxal edilən bioloji aktiv qida məhsulları yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” avqustun 20-dən qüvvəyə minəcək.

 

Qərarla ətraflı linkdən tanış olmaq mümkündür.

https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır