TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada ixtisasartırma təlimləri keçirilib
18.06.2025 12:13
TƏBİB-in təşkilatçılığı, EMDR Azərbaycan Assosiasiyası İctimai Birliyi ilə korporativ əməkdaşlıq çərçivəsində Yeni Klinikada psixoloq, psixoterapevt və psixiatrlar üçün ixtisasartırma təlimləri həyata keçirilib.
 
Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, təlimlərdə Yeni Klinika və Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 21 mütəxəssis iştirak edib.
 
Təlimlər klinik psixoloq, EMDR (Göz Hərəkətləri ilə Duyğusuzlaşdırma və Yenidən Emal) terapevti, EMDR Avropa konsultantı (supervizor) və EMDR Azərbaycan Assosiasiyasının prezidenti Süleyman Məmməd-zadə tərəfindən aparılıb.
 
Həm nəzəri, həm də praktiki hissələrdən ibarət olan təlimin əsas məqsədi TƏBİB tabeli tibb müəssisələrində çalışan mütəxəssislərin EMDR metodunu təcrübədə tətbiq etməsi və peşəkar biliklərinin artırılmasıdır.
 
Qeyd edək ki, EMDR terapiyası əsasən post-travmatik stres, psixoloji travma, depressiya, panik atak və digər psixopatoloji pozuntuların müalicəsində tətbiq olunan effektiv psixoterapiya metodudur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub