İcbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib
18.06.2025 12:28

2024-cü il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Dializ böyrəklərin filtrasiya qabiliyyətinin itirilməsi səbəbindən qanda toplanan zəhərli maddələrin çıxarılmasının unikal üsuludur.

 

Prosedurun mahiyyəti insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qanın təcili təmizlənməsi, su-duz və turşu-əsas balansının bərpasıdır. Bu müalicə üsulu əsasən kəskin və xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə tətbiq edilir. Dializin iki əsas növü mövcuddur - hemodializ və peritoneal dializ.

 

Hemodializ zamanı böyrəklərin filtrasiya funksiyası süni dializator aparatı vasitəsilə həyata keçirilir. Tibb müəssisəsində aparılan bu prosedur pasiyentin vəziyyətini stabilləşdirir, həyat keyfiyyətini artırır və ömrünü uzadır.

 

Peritoneal dializ isə qarın boşluğuna yerləşdirilən qalıcı kateter vasitəsilə aparılır. Kateter, xəstəxana şəraitində yerləşdirilir və pasiyentə uzunmüddətli dializ imkanı yaradır. Peritoneal dializ xəstənin ixtisaslaşdırılmış mərkəzdə prosedurdan keçə bilmədiyi və ya standart manipulyasiyaya ciddi əks göstərişlər olduğu hallarda təyin edilir. Peritoneal dializin mühüm üstünlüyü onun ev şəraitində tətbiq oluna bilməsidir.

 

Kateterizasiyadan əlavə, uzunmüddətli hemodializ üçün sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə — arterio-venoz fistul əməliyyatı həyata keçirilir. Bu üsul infeksiya riskinin aşağı, uzunömürlü olması səbəbindən "qızıl standart" sayılır. Arterio-venoz fistul adətən damar-cərrahı tərəfindən yerli anesteziya və ya sedasiya altında aparılır.

 

Ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.

 

Qeyd edək ki, hemodializ üçün müvəqqəti və qalıcı kateterlərin yerləşdirilməsi, arterio-venoz fistul əməliyyatının icrası, anesteziya xidməti, damarların angioplastikası (balon və ya stent daxil olmaqla), ilkin hemodializ və peritoneal dializ xidmətləri icbari tibbi sığorta təminatına daxildir. Bu xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə həyata keçirilir.

 

Proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.

Komissiyada qeydiyyata düşməzdən əvvəl vətəndaşa göstərilən ilkin hemodializ xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır