Tənəffüslə şəxsiyyəti təyin etmək mümkün olacaq
21.06.2025 12:07

Elm adamları uzun müddətdir ki, insanın nəfəs ritminin unikal olduğunu ehtimal edirdilər. Bu yaxınlarda aparılan  araşdırmalar nəticəsində  bunun doğru olduğunu ortaya çıxarıblar.

 

Aztibb.az neurosciencenews.com-a istinadla xəbər verir ki, İsraildən olan tədqiqatçılar bu məqsədlə nəfəsi sol və sağ burun dəliyi üzrə ayrı-ayrılıqda qeydə alan  sensor hazırlayıblar. Gündəlik məlumatların yazılmasından sonra sistem tənəffüs ritmi əsasında şəxsi 96.8 faiz  dəqiqliklə identifikasiya edə bilib.

 

Lakin ən maraqlısı budur ki, təklif olunan bu üsul beyin aktivliyi haqqında da məlumat toplayaraq müxtəlif xəstəliklərin diaqnostikasına imkan verir. Nəfəsalma prosesi beyində bir neçə sahə tərəfindən idarə olunur və bu proses həm refleks səviyyəsində (şüursuz şəkildə), həm də insanın istəyi ilə həyata keçirilir. Eyni zamanda nəfəs alma orqanizmin vəziyyətinin - istər sağlamlıqda, istərsə də xəstəlikdə - bir növ əksidir. Alimlər 100 könüllüyə 24 saat ərzində nəfəs parametrlərini qeydə almağı təklif ediblər. Daha sonra bu məlumatlar "BreathMetrics" adlı standart tibbi diaqnostika sistemi vasitəsilə təhlil olunub. Adətən klinikalarda tənəffüs məlumatları yarım saatdan çox qeydə alınmır və bu məlumatlar 24 parametr üzrə təhlil edilir. Lakin sutkalıq qeydlər diaqnostikanı təkmilləşdirmək və hətta yeni müalicə üsullarının hazırlanması üçün istifadə oluna biləcək bir çox incəlikləri üzə çıxarıb. Birincisi, "tənəffüs izinə" əsaslanan şəxsiyyətin identifikasiyası demək olar ki, 100 faizə yaxın nəticə göstərib.  Həmçinin, tənəffüs məlumatları əsasında pasientlərin bədən kütlə indeksi müəyyən olunub. Nəticədə tənəffüs ritmləri ilə iştirakçıların təşviş halları arasında əlaqə aşkarlanıb. Tənəffüsün öyrənilməsində növbəti addım isə bu sensorların və üsulların klinik diaqnostikada tətbiqi olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır