Tibb İşçilərinin Peşə Bayramı Günü Mərkəzi Gömrük Hospitalında qeyd edilib
18.06.2025 10:02
Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, bu istiqamətdə son illərdə reallaşdırılan yeniliklərin əhəmiyyətindən bəhs edilib.
 
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğı hazırda da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səhiyyə sistemində həyata keçirilən məqsədyönlü islahatlar və qoyulan genişmiqyaslı investisiyalar sayəsində bu sahə müasir standartlara uyğun olaraq daim təkmilləşdirilir, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.
 
Ölkəmizdə əhalinin yüksək səviyyəli tibbi xidmətlə təmin olunması istiqamətində Mərkəzi Gömrük Hospitalının kollektivinin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.
 
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır