Yeni Klinikada tədbir: “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası”   
17.06.2025 16:32

Yeni Klinikada "Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir təşkil olunub.

 

Aztibb.az-a Klinikadan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Tədbirdə “Cəbhə qəhrəmanlarının ağ xalatlı qəhrəmanlara təşəkkürü” adlı videoçarx nümayiş olunub.

 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərinə təbriklərini çatdırıb, onların əhalinin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz rolu vurğulayıb. O, ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də bu şərəfli peşənin daşıyıcılarına göstərdiyi yüksək diqqət və qayğını diqqətə çatdırıb, son illərdə səhiyyə sistemində aparılan islahatların və həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini qeyd edib.

 

Milli Məclisin deputat Rəşad Mahmudov qarşıya qoyulan məqsədlərə məhz səhiyyə işçilərinin əzmi və peşəkarlığı sayəsində nail olunacağına inandığını söyləyib. O bildirib ki, Azərbaycan həkimləri öz qəhrəmanlıqları ilə tarix yazıblar: “Həkimlərimiz həm koronavirus pandemiyası, həm də Vətən müharibəsi dövründə qəhrəmanlıq nümayiş etdiriblər. Bu gün ölkəmizdə ən yüksək texnologiyalı tibbi xidmət həyata keçirilir. Artıq vətəndaşlar sağlamlıqlarını rahatlıqla Azərbaycan həkiminə həvalə edirlər”.

 

Deputat Vüqar İskəndərov Azərbaycanda səhiyyə işçilərinə verilən yüksək dəyərdən danışıb. Ölkəmizdən kənarda da azərbaycanlı həkimlərin çox böyük nüfuza sahib olduğunu bildirən deputat son illərdə Azərbaycandan kənarda tibb xidməti almaq istəyən vətəndaşların sayında kəskin azalma müşahidə edildiyini diqqətə çatdırıb. O, ölkədə səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında fədakar həkimlərin əvəzsiz rolunu vurğulayıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib ki, agentlik olaraq əsas məqsədləri vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir. O, bu prosesdə səhiyyə işçilərinin peşəkarlığının, bilik və bacarıqlarının mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri Anar Ağayev Vətən müharibəsi dövründə tibb işçilərinin yüksək peşəkarlıq, misilsiz fədakarlıq və vətənpərvərlik ruhu ilə əsgərlərimizin yanında dayandıqlarını qeyd edib. O, döyüş meydanında hərbçilərimizin qəhrəmanlıqları ilə yanaşı, tibb personalının əvəzsiz xidmətinin xalqın birlik və həmrəylik ruhunun bir daha sarsılmaz olduğunu sübut etdiyini söyləyib.

 

Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, səhiyyə işçilərinin fədakarlığı və yüksək peşəkarlığı sayəsində ölkəmizdə sağlamlıq sahəsində əhəmiyyətli uğurlar əldə olunub.

 

Yeni Klinikanın direktoru Barat Yusubov diqqətə çatdırıb ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasını daim prioritet istiqamət kimi müəyyən edib, bu sahədə ardıcıl islahatlar reallaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət çərçivəsində tibb işçilərinə göstərilən diqqət və qayğı isə xüsusi əhəmiyyət daşıyır. “Tibb yalnız bir peşə deyil – bu, vicdanın, məsuliyyətin və yüksək mənəviyyatın təcəssümüdür. Siz hər gün insan həyatını qoruyan, fədakarlıqla çalışan, zaman və məkan tanımadan insanlara ümid bəxş edən qəhrəmanlarsınız. Pandemiya, Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə bir daha sübut etdiniz ki, tibbi biliklərlə yanaşı, ruh yüksəkliyi və peşə etikasına sadiqlik bu peşənin əsas dayaqlarıdır,” – deyə B. Yusubov vurğulayıb.

 

Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, birlik sədrinin müavini Ramin Şirinov, Yeni Klinikanın həkim-travmotoloq-ortopedi, ehtiyatda olan tibb xidməti kapitanı, Vətən müharibəsi veteranı Türkel Hüseynov da tibb işçilərini təbrik ediblər.

 

Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda, tibb müəssisəsinin Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş əməkdaşlarına vəsiqələr təqdim olunub.

 

Tədbir bədii hissə ilə davam edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır