Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
17.06.2025 10:33
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Abbasov Şirin İmran oğlunu oxuculara təqdim edirik.
 
O, 13 yanvar 1981-ci ildə Gürcüstan Respublikasında anadan olub. 1998-2004-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2005-ci ildə Balakən Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
 
2005-2018-ci illərdə Balakən Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah, 2018-2023-cü illərdə Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2025-ci ilin aprel ayından Saatlı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərir.
 
Şirin Abbasov 2018-ci ildə hərbi qulluqçuların müayinə və müalicəsində yaxından iştirakına, eləcə də 44 günlük Vətən müharibəsində iştirakına görə Fəxri fərmanlarla təltif olunub. 2020-ci ildə koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirakına görə Balakən Rayon İcra Hakimiyyəti başçısının 49 nömrəli sərəncamı ilə təltif olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır