Yaşlı kişilərdə demans riskini əhəmiyyətli dərəcədə artıran genetik variant müəyyən edilib - TƏDQİQAT
17.06.2025 15:30

Alimlər yaşlı kişilərdə demans riskini əhəmiyyətli dərəcədə artıran ümumi bir genetik variant müəyyən ediblər.

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, araşdırma çərçivəsində ABŞ və Avstraliyada aparılan tədqiqatların nəticələrindən istifadə olunub. Bu tədqiqatlarda ürək-damar xəstəlikləri, demans və ya idrak qabiliyyətində zəifləmə olmayan yaşlı insanlar uzun müddət müşahidə olunub.

Tədqiqatçılar Avropa mənşəli, yaşı 70-dən yuxarı olan 12 mindən çox avstraliyalı üzərində araşdırma apararaq HFE genindəki variantlara diqqət yetiriblər. Qeyd olunan gen bədəndə dəmir səviyyəsinin tənzimlənməsində əsas rol oynayır.


Xüsusilə, H63D adlı variantın iki nüsxəsinə sahib olan kişilərdə demans inkişafı riskinin 2,39 dəfə yüksək olduğu müəyyən olunub. Maraqlıdır ki, bu artan risk yalnız kişilərdə müşahidə edilib, qadınlarda isə oxşar əlaqə qeydə alınmayıb.

Alimlərin sözlərinə görə, bu genetik variant bədəndə artıq dəmir yığılmasına səbəb olan hemoxromatoz adlı vəziyyətlə əlaqələndirilir. Hemoxromatoz qaraciyər sirrozu, qaraciyər xərçəngi, dayaq-hərəkət sistemi pozğunluqları və demans da daxil olmaqla bir sıra xəstəliklərlə bağlı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır