Daşkəsən RMX-da "Sağlamlıq keşikçiləri" adlı tədbir keçirilib
17.06.2025 10:15

Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilən "Sağlamlıq keşikçiləri" adlı tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Daşkəsən RMX-nın direktoru Mirzəkərim Tağıyev və xəstəxananın əməkdaşları iştirak ediblər.

 

Mirzəkərim Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə hər il ölkəmizdə 17 iyun məhz səhiyyəmizin keşiyində dayanan tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur:

 

“Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə hər zaman səhiyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımlar atıb. Məhz Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində ölkəmizin hər bir rayonunda müasir standartlara cavab xəstəxanalar, tibb müəssisələri yaradılıb insanların istifadəsinə verilib. Əlbəttə ki, bütün tibb müəssisələri də ən müasir tibbi avadanlıqlarla tam təchiz edilib. Bütün bunlar ölkə rəhbərliyinin səhiyyə sahəsinə verdiyi dəyərin təzahürüdür. Biz səhiyyə sahəsinə verilən önəmi 44 günlük Vətən müharibəsi dönəmində də gördük. Müharibə müddətində başda keçmiş cəbhəyanı xəstəxanalarımız başda olmaqla, ölkənin bütün tibb müəssisələri hər bir yaralıya xidmət göstərə biləcək səviyyədə idi. Bu işdə həkimlərimizin də danılmaz əməyi oldu”.

 

Tədbirdə Təcili tibbi yardım şöbəsinin müdiri Nəsib Nuriyev və Pediatriya şöbəsinin müdiri Rüstəm Bayramov da çıxış edərək vətəndaşlara tibbi xidmət göstərən həkimlərin fədakarlığından danışıblar. Qeyd edilib ki, istər müharibə dövründə, istərsə də dinc dövrdə həkimlərin və bütünlükdə tibb işçilərinin fədakar və misilsiz əməyi qəhrəmanlıq nümunəsi idi.

 

Tədbir çıxışlarla davam etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır