Naxçıvanda "Qan ver, həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilib
16.06.2025 16:14

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan ver, həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilib.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Aksiyada Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları və çoxsaylı könüllü vətəndaşlar iştirak edib.

 

Toplanmış qan, ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində saxlanılıb.

 

Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması və sağlamlıq imkanları məhdud olan xəstələrə dəstək göstərmək, həmçinin vətəndaşlarda sağlamlıq və humanitar məsuliyyətə diqqətin artırılmasıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır