Müharibə veteranlarının iştirakı ilə “İnsan hüquqları və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
16.06.2025 11:43

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSIM) müharibə veteranlarının iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi ilə əməkdaşlıqla keçirilən tədbirdə hüquq mədəniyyəti və hüquqi məsuliyyət, təhlükəsiz ətraf mühit və cəmiyyət, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin təhlükəli fəsadları barədə ətraflı məlumat verilib.

 

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İSİM-in direktor müavini Əliheydər Şahmarov, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rəhbəri Bəhruz Məmmədov çıxış ediblər. Veteranların hər birinin vətənpərvərliyinin, Vətənimizin müdafiəsində göstərdikləri şücaətin gənc nəsil üçün örnək olduğu vurğulanıb, əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

 

İSİM-in baş hüquq məsləhətçisi Rüstəm Məmmədov insan hüquqları sahəsində mövcud çağırışlar, ölkəmizdə hər bir vətəndaşın sahib olduğu hüquqlar, milli səviyyədə həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı məlumat verib.

 

İştirakçılarla səmərəli fikir mübadiləsi aparılıb, İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır