Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
14.06.2025 15:39

Azərbaycan Tibb Universitetinin və Azərbaycan İdman Akademiyasının nümayəndələri arasında görüş keçirilib.

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub, tərəflər arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

 

Memoranduma Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, multidissiplinar tədqiqatların təşviqi, innovasiyalar vasitəsilə yeni elmi nəticələrin əldə olunması, tədris proqramlarının yenilənməsi və qabaqcıl təhsil metodlarının tətbiqi daxildir.

 

Tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, qarşılıqlı təlim və təcrübəkeçmə imkanlarının yaradılması, mövcud tədris resurslarından birgə istifadə, əhalinin sağlamlığını qorumaq məqsədilə sosial layihələrin həyata keçirilməsi, habelə idman və səhiyyə sahəsində müasir yanaşmaların təşviqi memorandumun əsas hədəflərindəndir.

 

Tərəflər beynəlxalq akademik və elmi əlaqələrin gücləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak etməklə regional və qlobal səviyyədə təsir imkanlarının artırılması istiqamətində də əməkdaşlıq edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır