Alimlər xərçəngdə hüceyrə ölümündən yayınmağın yeni yolunu tapıblar  
17.06.2025 08:32

UT Southvestern Uşaq Tibb Mərkəzi Tədqiqat İnstitutunun (CRI) alimləri xərçəng hüceyrələrinin yaşamaq üçün qeyri-ənənəvi bir yoldan istifadə etdiyini müəyyən ediblər. “NATURE” jurnalında dərc olunmuş araşdırma göstərir ki, bəzi xərçəng hüceyrələri həyatda qalmaq üçün lipoproteinləri – qanda yağ daşıyan molekulları – hüceyrə səthindəki xüsusi şəkər tərkibli strukturlar (sulfatlaşdırılmış qlikozaminoqlikanlar, yəni GAG-lar) vasitəsilə əldə edirlər.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Javier Garcia-Bermudezin rəhbərliyi altında aparılıb. Onun komandası göstərib ki, xərçəng hüceyrələri antioksidant olan α-tokoferolu (E vitamininin aktiv forması) qandan bu mexanizmlə alaraq ferroptoza, yəni zəhərli lipidlərin səbəb olduğu hüceyrə ölümünə qarşı müdafiə qalxanı yaradır.

 

Normal hüceyrələr lipidləri ya özləri sintez edir, ya da qandan lipoproteinlər vasitəsilə alırlar. Xərçəng hüceyrələri isə bu ehtiyacı ödəmək üçün GAG-lar vasitəsilə alternativ yol seçir və bununla da müalicəyə müqavimət göstərə bilir. Alimlər göstərib ki, GAG istehsalının qarşısı alındıqda, E vitamini səviyyəsi aşağı düşür, şişin böyüməsi zəifləyir və xərçəng hüceyrələri ferroptoza qarşı daha zəif olur.

 

Böyrək xərçəngi nümunələrində aparılmış klinik araşdırmalar da bu mexanizmin əhəmiyyətini təsdiqləyib. UT Southvesternin Harold C. Simmons Kompleks Xərçəng Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 20 pasiyentin böyrək şişi analiz edilib və normal toxuma ilə müqayisədə daha yüksək GAG və E vitamini səviyyəsi müşahidə olunub. GAG-ların bloklanması nəticəsində isə şişlər daha az aqressiv davranıb.

 

Dr. Garcia-Bermudez və komandası inanır ki, GAG-ları hədəf alan dərmanlar şiş hüceyrələrini E vitamininin qoruyucu təsirindən məhrum edərək onları müalicəyə qarşı daha həssas edə bilər. Bu isə gələcəkdə daha təsirli və yan təsirləri az olan müalicə üsullarının inkişafına yol aça bilər.

 

Hazırda tədqiqat qrupu GAG-ları dəqiq hədəf alan dərman vasitələrinin hazırlanması və lipoproteinlərlə daşınan digər lipidlərin xərçəngin yayılmasında rolu üzərində araşdırmalar aparır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır