İşçi qrupunun növbəti iclası keçirilib 
15.06.2025 13:42

 

Bildiyimiz kimi, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb.

 

Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupun növbəti iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

İclasda ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov çıxış edib. Bugünkü iclasda fizoterapiyanın ixtisasalaşmaları - nevrologiyada fizoterapiya, ortepediyada fizoterapiya, pediatriyada fizoterapiya, protez-ortopediya, idmanda fizoterapiya ixtisasalaşmaları və tədris proqramının hazırlanmasında görülən işlərlə bağlı müzakirələrin olacağını diqqətə çatdırıb.

 

Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov işçi qrupunun gördüyü işlərdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tələbatı ondan ibarətdir ki, magistratura pilləsində kadr hazırlanması üçün tədris proqramları, universitetin tədris bazası, müəllim fondu v.s  müasir tələblərə vavab verməlidir: “Bununla bağlı unversitetin rektoru, professor Gəray Gəraybəylinin konkret göstərişi ondan ibarət olub ki, hazırlanan tədris proqramı bütün göstəricilərə cavab verdikdən sonra həmin ixtisalaşmalara plan yerləri üzrə müraciət olunsun. Bu səbəbdən fizoterapiya ixtisası ilə bağlı işimizi ayın 20-dək yekunlaşdırmaq, lazımi sənədləri Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etmək niyyəyindəyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır