TƏBİB və Macarıstanın “Diagon” şirkətinin nümayəndələri arasında görüş olub
14.06.2025 12:16

TƏBİB və Macarıstanın “Diagon” şirkətinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın müzakirəsi məqsədilə görüş baş tutub.

 

Görüşdə TƏBİB-in icraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Macarıstanın “Diagon” klinik-diaqnostik avadanlıq istehsalı şirkətinin rəhbəri Jozsef Kern və digər rəsmi şəxslər iştirak edib.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Görüş zamanı TƏBİB və “Diagon” şirkətinin fəaliyyət istiqamətləri haqqında məlumat mübadiləsi müzakirə olunub, tərəflər arasında klinik-diaqnostik avadanlıqların yerli tibb müəssisələrində tətbiqi, tibbi təchizatın texnoloji yenilənməsi, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, şirkətin rəhbəri Jozsef Kern və layihə meneceri Zoltan Edvi “Diagon”un fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.

 

Görüşün sonunda tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır