ATU alimlərinin daha bir uğuru  
13.06.2025 11:52
Xəbər verdiyimiz kimi, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan həmkarları ilə birlikdə Transxəzər Beynəlxalq Hepato-Pankreato-Biliar Cərrahiyyə Assosiasiyasını (TransCaspian İHPBA) təsis ediblər. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş İHPBA-nın fəaliyyətində bu günlərdə mühüm irəliləyiş baş verib.
 
ATU-dan Aztibb.az-a bildirilib ki, yeni yaradılmış Transxəzər bölməsi 10-12 iyun 2025-ci il tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilmiş Avropa-Afrika HPB Assosiasiyasının (E-AHPBA) 16-cı Bienal (iki ildə bir keçirilən) Konqresində Nailiyyət Sertifikatı ilə rəsmi olaraq tanınıb.
 
Sertifikat Transxəzər regionunda HPB cərrahiyyəsinin inkişafında mühüm mərhələni qeyd edir. Bu tanınma üzv ölkələr arasında HPB cərrahiyyəsində əməkdaşlığın təşviq edilməsi, klinik təcrübənin irəlilədilməsi, təhsil və tədqiqatın dəstəklənməsi üzrə öhdəlikləri nəzərdə tutur.
 
İHPBA-nın prezidenti, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu nailiyyət regional cərrahiyyə cəmiyyətinin artan təcrübəsini və fədakarlığını vurğulayır: “Qlobal HPB şəbəkəsinə qoşulmaqdan və cərrahi xidmətin gələcəyinin formalaşmasına töhfə verməkdən şərəf duyuruq”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır