Qlaukomada əvvəlcə konservativ müalicə üsulu seçilir, effektiv olmadıqda cərrahi əməliyyat təyin edilir
15.06.2025 14:19
Qlaukoma müxtəlif səbəblərdən yarana bilir. Bu xəstəliyin yaranmasında irsi-genetik faktorlar mühüm yer tutur. Həmçinin gözdaxili maye axınının pozulması, gözdaxili təzyiqin artması, gözün daxili mayesinin normal axınının pozulması, yaşlanma, göz yaralanmaları, diabet və digər sağlamlıq problemləri kimi faktorlar səbəbindən də qlaukoma xəstəliyi meydana çıxa bilir. Kirpikli hissədə filtrasiya olunan maye arxa kameradan ön kameraya keçərək trabekula vasitəsilə şlem kanalına, oradan isə venoz sistemə qoşulur. Bu prosesin hansısa bir hissəsində problem yaşanarsa, onda göz daxilində mayenin miqdarı artır. Nəticədə gözdaxili təzyiq artır və ilk növbədə torlu qişada yerləsən sinirlər sıxılır. Zamanla görmə sinirinin atrofiyası və görmənin tam itirilməsilə nəticələnir.
Bu barədə Aztibb.az-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Şirəli Sadıqov məlumat verib.
Onun sözlərinə görə, qlaukoma daha çox orta və yaşlı insanlarda müşahidə edilir, amma yenidoğulmuşlarda və gənclərdə də rast gəlinə bilər. Simptomlarına gəlincə, ilk növbədə, əsasən göz ətrafında yüngül ağrılar, gözdə ağırlıq hissinin olması, sonralar isə görmənin və görmə sahəsinin tədricən azalması ilə özünü büruzə verir. Əsasən, gözdə olan ağrılar bəzən göz ətrafındakı nahiyəyə sirayət edir və baş ağrıları kimi də təzahür edir. Digər simptomlara isə görmənin getdikcə zəifləməsini, gözdə qızartıları misal göstərmək olar. Nəzərə almaq lazımdır ki, bəzən qlaukoma simptomlar olmadan da inkişaf edə bilər.
Həkim-oftalmoloq Şirəli Sadıqov vurğulayıb ki, bəzən vətəndaşlar katarakta ilə qlaukomanı qarışıq salırlar:
“İlk növbədə bilmək lazımdır ki, katarakta büllurun bulanmasıdır. Müalicəsi isə yalnız cərrahi yolla mümkündür, qlaukomada isə əvvəlcə konservativ müalicə üsulu seçilir və bu üsul effektiv olmadıqda cərrahi üsul seçilir. Kataraktanın gecikmiş formalarında da büllurun həddən artıq bulanması və şişməsi nəticəsində ikincili qlaukoma yarana bilər. Bundan əlavə, katarakta büllurda olan dəyişikliklər nəticəsində yaranır, qlaukoma isə gözdaxili təzyiqin artması nəticəsində görmə sinirində baş verən dəyişikliklər səbəbindən meydana çıxır”.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

