Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib  
12.06.2025 15:54

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 11-də İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.

 

Aztibb.az "Report"-a istinadla xəbər verir ki, Leyla Əliyeva çıxışı zamanı COP29-un ev sahibi Azərbaycanın bu sahədə atdığı addımlar, qazandığı təcrübə və həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, eyni zamanda, ictimai sağlamlıq baxımından da ciddi qlobal çağırışlardan biridir. O, ölkəmizdə su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlimə davamlılıq üzrə reallaşdırılan layihələrdən bəhs edib.

 

Leyla Əliyeva, həmçinin IDEA İctimai Birliyi tərəfindən irəli sürülən müxtəlif təşəbbüslərlə gənclərin iqlim və sağlamlıq mövzularında fəallığının artırılmasının vacibliyini qeyd edib və beynəlxalq təşkilatları bu istiqamətdə geniş əməkdaşlığa çağırıb.

 

Sonra tədbirdə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi liderliyi və təşəbbüskarlığı yüksək qiymətləndirdiklərini bildirib. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutur və nümunəvi yanaşmalar nümayiş etdirir. Hans Kluge, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq sahələrində həyata keçirilən layihələrə verdiyi töhfələrə görə Leyla Əliyevaya təşəkkürünü ifadə edib.

 

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən yaradılan İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini diqqət mərkəzinə gətirmək, sahələrarası əməkdaşlığı gücləndirmək və bu istiqamətdə konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə Komissiya öz fəaliyyətinə rəsmən start verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır