Kəhrəba şəfalı daşdır
15.06.2025 13:30

Təbii daşlardan biri olan kəhrəba dəbli aksessuar olmaqla yanaşı, həm də sağlamlıq üçün bir çox faydaları var. Kəhrəba milyonlarla il əvvəl ağaclardan sızan qatranların fosilləşməsi nəticəsində əmələ gələn təbii daşdır.

 

Aztibb.az xəbər verir ki, adətən, sarı, narıncı və qəhvəyi tonlarda olan kəhrəbadan boyunbağı, bilərzik, üzük kimi zinət əşyalarında tez-tez istifadə olunur. Həm estetik görünüşü, həm də sağlamlığa verdiyi faydaları ilə diqqət çəkən kəhrəba əsrlərdir insanlar tərəfindən sevilir. Bu təbii daşda olan kəhrəba turşusu bədənlə təmasda olduqda ağrıkəsici təsir göstərə bilər. Yeni diş çıxaran körpələrə adətən kəhrəba boyunbağı taxırlar.

 

Kəhrəba daşı enerji balanslaşdırıcı xüsusiyyətləri sayəsində zehni gərginliyi azaltmağa kömək edir. Stressdən azad olmaq və ruhi rahatlıq təmin etmək istəyənlər üçün təbii bir dəstək ola bilər. Alternativ təbabətdə kəhrəbanın immunitet sistemini dəstəklədiyi və orqanizmi xarici faktorlara qarşı daha davamlı etdiyi düşünülür.

 

Kəhrəbanın boğaz infeksiyaları, bronxit və astma kimi xəstəliklərə müsbət təsir etdiyi də iddia olunur. Bioenerji mütəxəssislərinin fikrincə, kəhrəba mənfi enerjini özünə çəkir və insana müsbət təsir edir. Bu baxımdan həm fiziki, həm də mənəvi enerjini tarazlamağa kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır