Quba Regional Perinatal Mərkəzində ana və 29 həftəlik doğulan körpənin həyatı xilas edilib
12.06.2025 10:44

22.04.2025-ci il tarixində gecə saatlarında Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Quba Regional Perinatal Mərkəzinə kritik-ağır vəziyyətdə olan 29 həftəlik hamilə müraciət edib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, zəruri tibbi müdaxilələr göstərilən qadına eklampsiya diaqnozu qoyulub.

 

Regional Perinatal Mərkəzin tibb heyəti tərəfindən hamiləyə təxirəsalınmaz yardım göstərilib, hamiləlik təcili qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.

 

1100 qram çəkidə, ağır vəziyyətdə və vaxtından əvvəl doğulan körpədə ağır dərəcəli tənəffüs pozuntusu müşahidə olunduğundan körpəyə dövlət təminatlı “Curosurf 120 mq” preparatı yeridilib və 1 aya yaxın tənəffüs dəstəyi təmin olunub.

 

Görülən intensiv tədbirlər nəticəsində körpənin vəziyyəti müsbətə doğru dəyişib. Çəkisi 2 kq.-dək artıb, sərbəst tənəffüs etməyə başlayıb və ana südü ilə qidalanaraq normal həzm fəaliyyəti bərpa olunub.

 

Ana və körpəsi tam olaraq sağlam vəziyyətdə evə buraxılıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır